09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Cəlilabadda 4 aylıq körpə qızılcadan öldü - Yenilənib

Cəlilabadda 4 aylıq körpə qızılcadan öldü - Yenilənib
Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

GununNebzi.az
Report-a istinadən xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən Cəlilabad rayonunun Günəşli kənd sakini 21.09.2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin səylərinə baxmayaraq, körpə bu gün saat 19:40 radələrində ölüb.


Tarix: 29-01-2024, 01:01 Oxunub: 3


Bölməyə aid digər xəbərlər