Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 280 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin, 317 saylı tam orta məktəbdə isə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb.
GununNebzi.az xəbər verir ki, səyyar görüşlərdə RİH başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Sakinləri narahat edən bu və ya digər məsələlərlə bağlı ünvanlanan sualları ətraflı cavablandıran Adil Əliyev ölkə əhalisinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən işlərlə bağlı məlumat verib.
Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Bölməyə aid digər xəbərlər