11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Boşanmaq istəyən qızını 7 gün zirzəmidə saxlayıbmış...

Boşanmaq istəyən qızını 7 gün zirzəmidə saxlayıbmış...
Şamaxı şəhərində qızını zirzəmidə saxlayan 48 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib.

GununNebzi.az
xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə iş açılmış Vüqar Həsənova hökm oxunub.

Belə ki, bir neçə ay əvvəl Vüqar Həsənovun Bakıda yaşayan qızını rayona apararaq orada evin zirzəmisində saxlaması, bu işdə həyat yoldaşının və digər şəxslərin ona kömək etməsi məlum olub.

Zərərçəkmiş qadın ifadəsində bildirib ki, Bakıda həyat yoldaşı ilə birgə yaşayıb, lakin daha sonra boşanmaq qərarına gəlib. Bunu öyrənən atası onu aldadaraq Şamaxı şəhərinə aparıb və evin zirzəmisinə salıb.
Ətraflı

O, öz qızını bu ilin fevral ayının 9-dan 15-dək olan müddətdə orada saxlayıb və qapıya iki kilid vurub. Ata bu yolla qızını boşanma qərarından daşındırmağa çalışıb. Lakin daha sonra qız öz anasından övladı ilə danışmaq adı ilə telefon alıb və gizli şəkildə DİN-in 102 xidmətinə zəng edərək valideynləri tərəfindən zirzəmidə həbsdə saxlandığını deyib. Həmin ünvana gələn polislər qızı xilas ediblər və ata barəsində cinayət işi açılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qızının paytaxtda sərbəst həyat tərzi sürməsinə qarşı çıxdığını və buna görə belə bir addım atdığını deyib.

Zərərçəkmiş qız məhkəmədə atasından şikayətçi olmadığını, onun həbs edilməsini istəmədiyini deyib.

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Vüqar Həsənova 1 il 6 ay islah işləri cəzası verilib. Onun əlavə olaraq aylıq qazancının 10 faizinin dövlət nəfinə tutulması qeyd edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Publika.az yayıb.


Tarix: 21-09-2024, 01:56 Oxunub: 1


Bölməyə aid digər xəbərlər