09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Xankəndidə erməniəsilli qadın öldü

Xankəndidə erməniəsilli qadın öldü
Azərbaycanın Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.

Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdi.


Tarix: 23-10-2024, 12:39 Oxunub: 0


Bölməyə aid digər xəbərlər