11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
ADY saxta məlumatla bağlı xəbərdarlıq etdi

ADY saxta məlumatla bağlı xəbərdarlıq etdi
Sosial şəbəkələrdə “ADY Kart” adı altında saxta səhifələr açılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Qeyd edilir ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

“Təhlükəsizliyinizi qoruyun: ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın”, - ADY-dən bildirib.


Tarix: 3-11-2024, 02:01 Oxunub: 2


Bölməyə aid digər xəbərlər