09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Erməni iş adamı Moskvada güllələndi

Erməni iş adamı Moskvada güllələndi

Keçmiş erməni güləşçi, iş adamı Hayk Arutyunyan Moskvada güllələnib.

GununNebzi.az
erməni mətbuatına istinadən xəbər verir ki, hadisə H.Arutyunyanın Moskva vilayətinin Krasnoqorsk rayonunun Qalevo kəndindəki şəxsi evində baş verib.

Bildirilir ki, hadisə noyabrın 8-də baş verib. Belə ki, onlara köhnə tanışları olan Aşot adlı şəxs qonaq gəlib. O, ev sahibi H.Arutyunyanla mübahisə edib. Mübahisədən sonra Aşot keçmiş idmançını tüfənglə güllələyib. Arutyunyanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxs hələ saxlanılmayıb.

Tarix: 9-11-2021, 20:41 Oxunub: 179


Bölməyə aid digər xəbərlər
25-10-2020, 09:28 Rusiyada deputat güllələndi