MAQATE missiyası Zaporojye AES-ə bu tarixdə səfər edəcək - Yenilənib

MAQATE missiyası Zaporojye AES-ə bu tarixdə səfər edəcək - Yenilənib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında missiyaya başlayır.

GununNebzi.az
“Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı agentliyin baş direktoru Rafael Qrossi açıqlayıb.

Onun sözlərinə görə, agentliyin mütəxəssisləri cari həftə ərzində stansiyaya səfər edəcəklər. Bununla belə, o, səfərin dəqiq tarixini açıqlamayıb.

“The New York Times”ın məlumatına görə isə, MAQATE missiyasının tərkibinə 14 nəfər daxildir. Bunlar isə Rafael Qrossi və neytral ölkələrdən 13 mütəxəssisdir.

Xatırladaq ki, Rusiya ordusu mart ayında Zaporojye AES-ə nəzarəti ələ keçirib. Stansiya bir neçə dəfə atəşə məruz qalıb.

***

MAQATE ekspertlər qrupu avqustun 29-da Kiyevə gedəcək. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Missiyaya 14 beynəlxalq ekspert daxil edilib.

Tarix: 29-08-2022, 21:28 Oxunub: 21


Bölməyə aid digər xəbərlər