21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Liz Trass yaxın rəfiqəsini nazir təyin edəcək

Liz Trass yaxın rəfiqəsini nazir təyin edəcək

Xəbər verdiyimiz kimi, Liz Trass rəsmən Böyük Britaniyanın Baş naziri olub.

GununNebzi.az-
ın “The Guardian”a istinadən məlumatına görə, Trass öz yeni hökumətində bir neçə nazir postuna artıq namizədin adını müəyyən edib.

Bildirilir ki, Kvazi Kvartenq Liz Trassın maliyyə naziri, Suella Braverman daxili işlər naziri və Ceyms Kleverli xarici işlər naziri olacaq.

Bununla yanaşı, Trassın uzun illərdir rəfiqəsi olan Tereza Koffinin səhiyyə naziri olacağı gözlənilir.

Qeyd edək ki, Tereza Koffinin səhiyyə naziri olacağı ilə bağlı məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə onun bir neçə il öncə çəkilən fotosu yenidən gündəmə gəlib. Onun sözügedən fotoda içkili olduğu və rəsmi şəxsə yaraşmayan davranış sərgilədiyi iddia olunur.
(qafqazinfo)
Liz Trass yaxın rəfiqəsini nazir təyin edəcək

Tarix: 6-09-2022, 17:40 Oxunub: 39


Bölməyə aid digər xəbərlər