Bayden Trassla Rusiya, Çin və İran barədə razılığa gəldi

Bayden Trassla Rusiya, Çin və İran barədə razılığa gəldi

ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın yeni Baş naziri Liz Trass arasında telefon danışığı baş tutub.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.

“Prezident Bayden və Baş nazir Trass müharibə ilə bağlı Ukraynaya dəstək, Çin tərəfindən yaradılan problemlərin həlli, İran tərəfindən nüvə silahının alınmasının qarşının alınması da daxil olmaqla qlobal məsələlər barədə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.

Tərəflər iki ölkə arasında əlaqələrin gələcəkdə də genişləndirilməsinə hazır olduqlarını vurğulayıblar.

Tarix: 7-09-2022, 10:21 Oxunub: 22


Bölməyə aid digər xəbərlər