Zelenski Türkiyəyə təşəkkür etdi

Zelenski Türkiyəyə təşəkkür etdi

“Türkiyə Ukraynanın təklif etdiyi “Sülh layihəsində” liderlik etməyə hazırdır”.

GununNebzi.az
“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, Ərdoğanla Rusiyanın Ukraynanın şərqində işğal etdiyi ərazilər və Krımdakı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Həmçinin, Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib:
“Lakin Rusiya gəmilərin hərəkətinə maneə olur. Həmin ölkə Qara dənizdə özünü yeganə sahib hesap edir. Bizim Türkiyə ilə əməkdaşlığımız bir çox sahələrdə həyata keçirilir. Vacib olan birlikdə açlıq və sosial xaosun qarşısını almaqdır”.

Tarix: 8-07-2023, 08:56 Oxunub: 12


Bölməyə aid digər xəbərlər