Rusiya lideri Vladimir Putinin başlatdığı müharibə öz məqsədlərinə çatmadı, lakin bu, Ukraynaya dəstəyin davam etdirilməsi zərurətini inkar etmir.
GununNebzi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“O, (Putin) Ukraynanı dağıtmağa çalışırdı, lakin Ukrayna əvvəlkitək azaddır. O, NATO-nu zəiflətməyə cəhd göstərdi, lakin alyans iki yeni üzvlə daha da böyük, güclü və vahid oldu.
Ancaq arxayınlaşa bilmərik. Dünya indi başqa seçim qarşısındadır: biz Ukraynaya müharibədə qalib gəlməsinə kömək etmək üçün onu dəstəkləməyə davam edirik, yoxsa biz uzaqlaşıb təcavüzün bərpa olunmasına və millətin məhv olmasına imkan veririk? Mən cavabımın nə olduğunu bilirəm: biz yorula, diqqətimizi yayındıra bilmərik, Ukraynada ədalətli və davamlı sülhə nail olana qədər Ukraynaya dəstəyimizi zəiflətməyəcəyik", - Bayden əlavə edib.
Bölməyə aid digər xəbərlər