İsrail HHQ Dəməşqin qərbindəki Mezzeh məhəlləsində bir yaşayış binasına raket hücumu edib.
GununNebzi.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Mənbəyə görə, hücum İranın Suriyadakı səfirliyinin inzibati binası yaxınlığında baş verib. Qeyd olunub ki, hücumda əsas hədəf 800 metr aralıda yerləşən İran səfirliyinin binası olub.
Hadisə nəticəsində 7 nəfərin öldüyü, 11 nəfərin yaralandığı açıqlanıb.
Açıqlamada ölən və yaralananlar arasında qadın və uşaqların olduğu bildirilib.
Xatırladaq ki, aprelin 1-də İsrail təyyarələri İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinin yerləşdiyi Mezzeh küçəsindəki binaya zərbələr endirib. Hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun 7 İran hərbi müşaviri və 6 Suriya vətəndaşı həlak olub.
Bölməyə aid digər xəbərlər