Azərbaycanda 2019-cu ildə ölüm səbəbləri üzrə statistika açıqlanıb.
Ötən il ölkədə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri) ölənlər daha çox olub.
gununnebzi.az bildirir ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki məlumatlarında bildirilirdi ki, ötən il ölkədə 55 916 ölüm faktı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə, ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.
2019-cu ildə Azərbaycanda 32 471 nəfər (2018-ci ildə bu rəqəm 33 909 təşkil edib) qan dövranı sistemi xəstəlikləri səbəbindən vəfat edib.
Ölkədə xəstəliklərdən ölümə səbəb olan ikinci amil isə yeni törəmələrlə (onkoloji xəstəliklər) bağlıdır. 2019-cu ildə yeni törəmələrdən ölənlər 8 819 nəfər olub. Bu, 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ildə eyni səbəbdən 8 718 ölüm faktı qeydə alınıb.
Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2 789 nəfər ölüb.
Səbəblər üzrə ölümdə həzm sistemi xəstəlikləri dördüncü yerdədir. Bu xəstəliklər Azərbaycanda ötən il 2 687 nəfərin həyatına son qoyub.
Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan ölüm halları isə 2018-ci illə müqayisədə çox olub. İki il əvvəl bu hal üzrə 1 598, ötən il isə 1 687 ölüm qeydə alınıb.
Bölməyə aid digər xəbərlər