09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Lerikdə ayı kəndə hücum etdi

Lerikdə ayı kəndə hücum etdi

Lerik rayonunda ayı kəndə hucum edib.

GununNebzi.az/
xəbər verir ki, hadisə rayonun Mistan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Şəmsi Nurəli oğluna məxsus arıçılıq təsərrüfatına hucum edən ayı arı pətəklərini dağıdıb.

Hadisədən xəbər tutan ev sahibi qonşuların və itlərin köməkliyi ilə ayını ərazidən uzaqlaşdırıblar. Amma buna baxmayaraq, fermerə maddi ziyan dəyib, arıların yeşikləri, çərçivələri dağılıb.

Qeyd edək ki, bu ayıların kəndə ilk hücumu deyil. Bundan əvvəl vəhşi heyvan yerli sakinlərin kənd təsərrüfatı heyvanlarına zərər vurub (report).

Tarix: 16-06-2021, 23:06 Oxunub: 257


Bölməyə aid digər xəbərlər