09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ağstafa xəstəxanasında saxta COVID pasportu verilməsi aşkarlanıb

Ağstafa xəstəxanasında saxta COVID pasportu verilməsi aşkarlanıb

“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVID-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Prokurorluqdan verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Tarix: 29-09-2021, 14:55 Oxunub: 248


Bölməyə aid digər xəbərlər