Söyüş üstündə adam öldürənə 16 il həbs verildi

Söyüş üstündə adam öldürənə 16 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən adam öldürməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Həsənağa Abdullayev və 2003-cü il təvəllüdlü Elvin Şəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

GununNebzi
.az xəbər verir ki, hökmə əsasən, H.Abdullayev qəsdən öldürməyə görə 16 il, Elvin Şəmmədov isə xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Yasamal rayonu ərazisində baş verib. Həmin tarixdə H.Abdullayev dostu E.Şəmmədovla birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev, Eltac Rəsulovla görüşüblər. Bu zaman Həsənağa Abdullayev bıçaqla Əli Əliyevi qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edənlərə hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

(Qafqazinfo)

Tarix: 3-12-2021, 21:46 Oxunub: 243


Bölməyə aid digər xəbərlər