16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı qərar verildi

Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı qərar verildi

Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən Fuad İsmayılov barəsində məhkəmə qərarı elan olunub.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılmışdı. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki 1985-ci il təvəllüdlü Fuad İsmayılov qısa müddətdə saxlanılıb.

Tarix: 31-01-2022, 23:20 Oxunub: 118


Bölməyə aid digər xəbərlər
19-12-2021, 09:28 Sürücü həbs edildi