09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Zərərçəkmiş: “Qızılları götürmək istəyəndə dedilər ki, Maqsud Mahmudov onları götürüb Ukraynaya qaçıb”

Zərərçəkmiş: “Qızılları götürmək istəyəndə dedilər ki, Maqsud Mahmudov onları götürüb Ukraynaya qaçıb”

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

GununNebzi.az
APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Rəna Soltanova bildirib ki, 2019-cu ildə Lökbatan qəsəbəsində yerləşən lombarda qızıl-zinət əşyaları qoyub. Bir müddət sonra yaranmış problemlə bağlı qızıllarının yarısını ala bilməyib.

Zərərçəkmiş şəxsin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət yaranıb. Belə ki, R.Soltanova əvvəlki ifadəsində lombarda qoyduğu qızılların hamısını götürdüyünü deyib.

Daha sonra zərərçəkmiş Nazlı Şəbiyeva dindirilib. N.Şəbiyevanın sözlərinə görə, 2019-cu ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib:

“Lökbatanda yerləşən lombarda 500 manatlıq qızıl qoymuşdum. Bir müddət sonra pulu ödəyib qızıllarımı götürmək istəyəndə dedilər ki, Maqsud Mahmudov qızılları götürüb Ukraynaya qaçıb. Digər zərərçəkmişlər kimi mən də şikayət etdim. Ötən ay isə qızıllarımı ala bildim. Hazırda heç bir şikayət və tələbim yoxdur”.

Məhkəməyə ifadə verən digər zərərçəkmiş şəxslər də hüquq-mühafizə orqanlarına etdikləri şikayətdən sonra qızıllarını geri aldıqlarını bildiriblər.

Proses fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Tarix: 21-02-2022, 19:57 Oxunub: 215


Bölməyə aid digər xəbərlər