09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Başına boru düşən çilingər xəstəxanada öldü

Başına boru düşən çilingər xəstəxanada öldü

Goranboyda başına metal boru düşən çilingər vəfat edib.

Rayon prokurorluğundan verilən məlumata görə, fevralın 22-də Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən M.Musayevin su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi müəyyən edilib. Çilingər aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.

Tarix: 28-02-2022, 10:52 Oxunub: 44


Bölməyə aid digər xəbərlər