Masallıda şagird özünü məktəb binasından atdı

Masallıda şagird özünü məktəb binasından atdı

Masallıda məktəbli qız intihara cəhd edib.

GununNebzi.az-
ın Qafqazinfoya istinadən məlumatına görə, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

***

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 2008-ci il təvəllüdlü şəxs saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir".

Tarix: 16-01-2023, 16:24 Oxunub: 24


Bölməyə aid digər xəbərlər