11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Metroda sərnişinlər qatardan niyə düşürülüb?

Metroda sərnişinlər qatardan niyə düşürülüb?

"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinasında müvafiq işarəvermə sistemi işə düşüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.

"Qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinust yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb. Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb", - deyə məlumatda vurğulanıb.

Tarix: 20-10-2023, 20:05 Oxunub: 5


Bölməyə aid digər xəbərlər