09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Azyaşlı 6 aylıq qardaşının ölümünə səbəb oldu

Azyaşlı 6 aylıq qardaşının ölümünə səbəb oldu
Goranboyda 6 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

GununNebzi.az
qafqazinfo -ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü X.Mamedova övladlarını qonşusunun evinə qoyaraq oranı tərk edib. Qonşunun evinin mətbəxində olarkən onun azyaşlı övladı kibritlə oynamağa başlayıb və 6 aylıq körpə qardaşı Ömərin beşiyinin yanmasına səbəb olub.

Nəticədə körpə uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Tarix: 16-09-2024, 10:42 Oxunub: 1


Bölməyə aid digər xəbərlər