23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda daha bir doğuş faciəsi - Araşdırma başladı

Azərbaycanda daha bir doğuş faciəsi - Araşdırma başladıSentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulmuş uşağın ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.


Tarix: 21-09-2020, 12:54 Oxunub: 190


Bölməyə aid digər xəbərlər