Türkiyə Superliqasının 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" oyunundan (2:3) sonra meydana girdiklərinə görə saxlanılan azarkeşlərlə bağlı qərar verilib.
GununNebzi.az DHA-ya istinadən xəbər verir ki, "Trabzonspor" azarkeşlərindən ikisi həbs olunub.
Bunlar meydana ilk daxil olanlardan - maskalı Həsən Çetinkaya və künc dirəyini qopararaq "Fənərbaxça"nın futbolçularına tərəf qaçan Engin Taşkındır. Polis bölməsinə aparılan digər 10 azarkeş haqqında prokurorluq əməliyyatları davam edir.
Xatırladaq ki, "Fənərbaxça" futbolçuları qazandıqları qələbəni qeyd edərkən "Trabzonspor"un azarkeşləri meydana daxil olublar. Onlar İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. Bu vaxt tərəflər arasında dava olub. Davaya təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Daha sonra isə "Fənərbaxça" futbolçuları paltardəyişmə otağına yollanıblar.
Bölməyə aid digər xəbərlər