11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Elcan Hacıyevə qarşı haqsızlıq olmayıb - Federasiya rəsmisi

Elcan Hacıyevə qarşı haqsızlıq olmayıb - Federasiya rəsmisi
“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdoçumuza qarşı haqsızlıq edilməyib.

GununNebzi.az
xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Elcan Hacıyevin (90 kiloqram) fransalı rəqibi Maksim-Qael Hambu ilə görüşündə ədalətsizliyə məruz qalması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O, idmançımızın tətbiq etdiyi fəndin hesaba alınmamasının səbəbini açıqlayıb: “Daha əvvəl hakim dayanma işarəsi vermişdi. Elcan fəndi həmin işarədən sonra tətbiq etdi. Ona görə də qeydə alınmadı”.

Qeyd edək ki, Elcan Hacıyev Maksim-Qael Hambu ilə görüşdə məğlub olaraq mübarizəni dayandırıb. O, mübarizə zamanı çiynindən zədə alaraq xəstəxanaya aparılıb.

(Unikal)


Tarix: 1-08-2024, 04:07 Oxunub: 0


Bölməyə aid digər xəbərlər