23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dolları olanlara pis xəbər - Uzunmüddətli ucuzlaşacaq

Dolları olanlara pis xəbər - Uzunmüddətli ucuzlaşacaqABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri və hazırda Maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellen dolların uzunmüddətli enişinə səbəb ola bilər.


GununNebzi.az-ın məlumatına görə, bunu "Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib.

Nəşrin bildirdiyinə görə Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır.

"National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.

"Australia & New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoya görə Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Buna, Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də işarə edir.

Yeni prezident Co Baydenin and içməsi belə dollara kömək etməyib. Gün ərzində Foreks bazarlarında dollar ucuzlaşıb - Avro/Dollar məzənnəsi 1,212 səviyyəsinə düşüb.Report


Tarix: 25-01-2021, 22:54 Oxunub: 180


Bölməyə aid digər xəbərlər
10-03-2020, 11:00 MƏZƏNNƏ AÇIQLANDI