00:57 / 05-12-2024
Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı
20:42 / 04-12-2024
Bakıda məktəbdə şagirdə kəsici alətlə xəsarət yetirdiyi bildirilən yeniyetmə saxlanıldı
20:37 / 04-12-2024
Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü - YENİLƏNİB
20:34 / 04-12-2024
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:04 / 04-12-2024
Bakıya leysan yağacaq - Xəbərdarlıq
19:34 / 04-12-2024
İtlər sahibini parçalayaraq öldürdü
19:31 / 04-12-2024
Bu dərmanları satanlar 9 min manatadək cərimələnəcək
19:27 / 04-12-2024
“Abzas Media” işi məhkəmədə
19:26 / 04-12-2024
Rüfət Səfərovla bağlı həbs qərarı verildi - Yenilənib
19:25 / 04-12-2024
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
14:42 / 04-12-2024
Naxçıvanda axund intihar etdi - Foto
14:42 / 04-12-2024
Fərid Əhmədov onu rəis təyin etdi
14:36 / 04-12-2024
Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
14:35 / 04-12-2024
Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alındı
13:50 / 04-12-2024
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
13:48 / 04-12-2024
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
13:45 / 04-12-2024
“Kartdan-karta” işləyən daha 408 sahibkar cəzalandırıldı
11:27 / 04-12-2024
Nazir: Köhnədən qalan bağça modeli çox bahalıdır
11:25 / 04-12-2024
Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar
11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
11:22 / 04-12-2024
4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı
09:22 / 04-12-2024
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
09:19 / 04-12-2024
Onlar Şuşaya qayıdırlar - Foto
22:05 / 03-12-2024
Bakıda “Range Rover”dən 10 min dollara yaxın pul oğurlandı
20:46 / 03-12-2024
Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
10:33 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
00:26 / 03-12-2024
"Var-dövlət, vəzifə, hamısı boş şeydir"
00:21 / 03-12-2024
"Fənərbağça" qələbə QAZANDI
00:20 / 03-12-2024
İsrail Livanı bombalamağa başladı
Gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olundu
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Baş nazir Ə.Əsədov ölkənin iqtisadi inkişaf göstəriciləri barədə məlumat verib.
O bildirib ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6 faiz, qeyri-neft sənayesində isə 6 faiz artım qeydə alınıb.
Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatmış və ilin əvvəlindən 14,5 faiz artıb.
2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.
Bildirilib ki, bütün bunların nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3,1 milyard manat və ya 10,1 faiz, büdcə xərcləri isə 3,3 milyard manat və ya 9,8 faiz artıb.
Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatının yaradıldığı diqqətə çatdırılıb.
Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən edilməsi ilə bağlı əsas çağırış və hədəflər barədə məlumat verilib.
Bu xüsusda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinin, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsinin, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılmasınının, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinin önəmi vurğulanıb.
Diqqətə çatdırılıb ki, dövlət başçısının Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.
Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
Vurğulanıb ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Məhz bu baxımdan ortamüddətli dövrdə də Hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsinin olduğu bildirilib.
İclasda maliyyə naziri Samir Şərifov Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2024-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran məsələlər haqqında məruzələri dinlənilib.
Daha sonra gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.
İclasa yekun vuran Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə məlumat verib.
Ölkənin hərbi potensialının və dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, Böyük Qayıdışın təmin edilməsi, maliyyə sektorunda nizam-intizamın gücləndirilməsi, vergi və gömrük sahəsində islahatların, daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, həmçinin qarşıda duran digər prioritet layihələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-09-2023, 18:56 Oxunub: 18
Bölməyə aid digər xəbərlər
24-09-2021, 21:19
Gələn ilin dövlət büdcəsi və icmal büdcənin layihələri təsdiqləndi
15-09-2022, 19:31
2023-cü il dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
22-09-2022, 20:27
Nazirlər Kabineti gələn ilin büdcə layihələrini müzakirə etdi
23-09-2020, 23:46
Büdcə layihəsi Prezidentə təqdim ediləcək - QƏRAR VERİLDİ