11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Unla bağlı yenilik olacaq

Unla bağlı yenilik olacaq
“Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb”.

GununNebzi.az
xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

AQTA sədri bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək: “Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.


Tarix: 18-04-2024, 10:58 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
19-01-2021, 10:48 Çörək sexi bağlandı