11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
DSMF-nin büdcəsi artırılır

DSMF-nin büdcəsi artırılır
Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi artırılır.

GununNebzi.az
xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, Fondun büdcəsi 6 milyard 919 milyon 860 min manatdan 6 milyard 949 milyon 860 min manata qədər artırılır.

Həmçinin fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 5 milyard 288 milyon 135 min 400 manatdan 5 milyard 478 milyon 135 min 400 manata, qeyri-büdcə sektoru üzrə 3 milyard 387 milyon 100 min manatdan 3 milyard 577 milyon 100 min manata qaldırılır.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manatdan 1 milyard 232 milyon manata qədər azaldılır.


Tarix: 24-05-2024, 16:14 Oxunub: 0


Bölməyə aid digər xəbərlər