23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səhhəti pisləşən Rəmişdən xəbər var: "Ümid edirik ki, gedib Ağdamı da ziyarət edəcək"

Səhhəti pisləşən Rəmişdən xəbər var: "Ümid edirik ki, gedib Ağdamı da ziyarət edəcək"[b]Xəbər verdiyimiz kimi bir müddətdir ki, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində problemlər var. Sənətçi ev şəraitində müalicələrini davam etdirir. Sosial şəbəkələrdə isə onun səhhətinin daha da pisləşdiyi bildirilir.

GununNebzi.az xəbər verir bu barədə Moderator.az-ın əməkdaşı məsələylə bağlı, Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova açıqlamasında indi Rəmişin vəziyyətinin normal olduğunu bildirib:

“Rəmiş müəllimin səhhəti əvvəl daha pis idi, amma indi bir az yaxşıdı. Əvvəl gündən onun bronxlarında problem var, nəfəs almaqda çətinlik çəkir. İndi yenə ev şəraitində müalicələri davam edir. Şükür Allahın bu gününə. Ümid edirik ki, hər şey yaxşı olacaq və Rəmiş ayağa durub gedib Ağdamı da ziyarət edəcək. Allah ölkəmizi, xalqımızı qorusun. Sağ olun ki, bizi diqqətdə saxlayırsınız”


Tarix: 2-01-2021, 12:08 Oxunub: 188


Bölməyə aid digər xəbərlər