23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
9 ayda təcili yardıma 39 mindən çox əsassız çağırış edilib

9 ayda təcili yardıma 39 mindən çox əsassız çağırış edilib
“Bir ildən çoxdur ki, təcili yardım xidmətinin bir mərkəzdə birləşdirilməsi prosesi davam edir. Hazırda 42 rayonun təcili yardım stansiyaları vahid mərkəzdə birləşdirilib”.

GununNebzi.az
xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakıda gün ərzində 2000-2500 çağırış qəbul edilir:

“Doqquz ayda təcili yardıma 600 minə yaxın çağırış edilib. Lakin çağırışlar arasında əsassız çağırışlar da olur. Bu ilin yanvar-sentyabr aylarında çağırışların 39 min 548-i əsassız olub. Ümumilikdə Bakıda gün ərzində təxminən 130-135 ambulans xəttə buraxılır”.

“Bu ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağırı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib. Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub.

Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, görülən işlər nəticəsində şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub”, - TƏBİB rəhbəri əlavə edib.


Tarix: 17-10-2024, 17:10 Oxunub: 0


Bölməyə aid digər xəbərlər