09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Əli Kərimli ilə Əli İnsanovun görüşü birmənalı qarşılanmadı

Əli Kərimli ilə Əli İnsanovun görüşü birmənalı qarşılanmadı

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov yenidən gündəmə gəlib.

GununNebzi.az
xəbər verir ki, ötən ay partiyası qeydiyyata alınan sabiq nazir bu dəfə müxalifət partiyalarının liderləri ilə görüşüb.

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşən Ə.İnsanov daha sonra AXCP sədri Əli Kərimli ilə söhbətləşib. Sözügedən görüş isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Maraqlıdır ki, görüşlə bağlı Əli Kərimli səhifəsində heç nə paylaşmayıb.

Tanınmış jurnalist Xədicə İsmayıl da fotoya ironik yanaşması ilə fərqlənib. O, “avtobusa minsələr, bundan yaxşı idi” şərhi ilə sözügedən fotonu sosial şəbəkə hesabında paylaşıb.

AXCP sədrinin müavini Seymur Həzi isə tənqidlərə belə cavab verib:
“Hər kəs bizi öz istədiyi kimi görmək istəyir və bu alınmayanda bizi tənqid edirlər. Əsas budur ki, bizi görmək istəyirlər. Bütün xalqı əhatə etmək çox çətindir. Siyasətin belə incəlikləri var. Səmimi tənqid edənlərə eşq olsun. Elə səmimi olmayanlara da”.

Tarix: 26-11-2021, 14:26 Oxunub: 222


Bölməyə aid digər xəbərlər