09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ədalət Vəliyev Əli İnsanovla görüşdü

Ədalət Vəliyev Əli İnsanovla görüşdü

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının sədri Əli İnsanovla görüşüb.

GununNebzi.az-ın xəbərinə görə, bu barədə Ə.İnsanov məlumat verib

Partiya sədri bildirib ki, iki saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlət və xalq üçün vacib olan bir sıra məqamları geniş müzakirə edilib: “Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.

Tarix: 15-12-2021, 14:41 Oxunub: 169


Bölməyə aid digər xəbərlər