09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Gəncə işi” üzrə həbs edilən şəxsə 13 maddə üzrə bəraət verildi

“Gəncə işi” üzrə həbs edilən şəxsə 13 maddə üzrə bəraət verildi

2018-ci ildə Gəncədə baş verən iğtişaşlar zamanı saxlanılan şəxslərdən biri Yusif Sadıxovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GununNebzi.az
xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Y.Sadıxov 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

Belə ki, Y.Sadıxov ittiham olunduğu 15 maddədən 13-ü üzrə bəraət alıb. Cinayət Məcəlləsinin 28.214-cü (terroçuluğa hazırlıq) və 28.277-ci (sui-qəsdə hazırlıq) maddələri CM-nin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Y.Sadıxovun 16 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Gəncə hadisələri ilə bağlı 83 nəfər cinayət məsuliyyətinə cəlb olunub və barələrində axtarış elan edilənlər də var idi. İğtişaşlar zamanı Gəncə İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.“Qafqazinfo”

Tarix: 10-01-2022, 16:55 Oxunub: 180


Bölməyə aid digər xəbərlər