09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Şəhidin nikahda olmayan həyat yoldaşına da şəhid ailəsi statusu verilsin”

“Şəhidin nikahda olmayan həyat yoldaşına da şəhid ailəsi statusu verilsin”

Milli Məclisdə şəhidin rəsmi nikahda olmayan həyat yoldaşına da şəhid ailəsi statusunun verilməsi təklif olunub.

GununNebzi.az
xəbər verir ki, belə bir təkliflə Mili Məclisin deputatı Qənirə Paşayevə çıxış edib.

“Elə şəhidlərimiz var ki, evləniblər, lakin rəsmi nikahları yoxdur. Onların övladları var. Şəhidin övladına şəhid ailəsi statusu verilir, lakin həyat yoldaşına bu status verilmir. O da onların ev növbəsi, müxtəlif güzəştlərdən yararlanmasına mane olur. Mən qanunvericilikdə dəyişikliyin edilməsini və həmin şəxslərə də şəhid ailəsi statusunun verilməsini təklif edirəm”, - deyə Qənirə Paşayeva qeyd edib.

Tarix: 30-09-2022, 13:30 Oxunub: 35


Bölməyə aid digər xəbərlər