00:01 / 24-02-2025
Şolts məğlubiyyətini etiraf etdi
23:50 / 23-02-2025
Sabah məktəb və bağçalarda dərs var - Rəsmi
19:36 / 23-02-2025
Bu gün avtobuslar 21:00-a kimi işləyəcək
17:17 / 23-02-2025
Külək güclənəcək - Xəbərdarlıq
17:15 / 23-02-2025
İsrail Nəsrullahın dəfn mərasimini bombaladı
16:37 / 23-02-2025
Pentaqon Trampın 350 milyard dollar iddiasını təkzib etdi
16:32 / 23-02-2025
DYP: Sürücülər əyləc sistemini nəzarətdə saxlasınlar
15:47 / 23-02-2025
Prezident Yoxan Eliaşı qəbul etdi
15:44 / 23-02-2025
Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacaqlar
15:43 / 23-02-2025
Yollar buz bağlayacaq - Xəbərdarlıq
08:25 / 23-02-2025
Azərbaycanda gənc şair özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atdı - YENİLƏNDİ
08:23 / 23-02-2025
Yas mərasimində yeməkdən boğulub öldü
08:18 / 23-02-2025
Azərbaycanın xəbər saytları növbəti kiberhücuma məruz qaldı
19:11 / 22-02-2025
Türkiyə qırıcısı PKK terrorçularını belə məhv etdi - Video
16:16 / 22-02-2025
Kirayə qaldığı evdən 4 min oğurladı - Polis saxladı
08:23 / 22-02-2025
Tramp Moskvada keçiriləcək paradda iştirakla bağlı məsələyə aydınlıq gətirdi
08:20 / 22-02-2025
Elbrus Əruda ağır itki üz verdi
08:14 / 22-02-2025
FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var + Foto
08:11 / 22-02-2025
Berbok ABŞ-ni hədələdi - “Təzyiqi artıracağıq”
00:47 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
23:43 / 21-02-2025
Təcili yardım maşını piyadanı vuraraq öldürdü
19:54 / 21-02-2025
Zelenskini cəsur lider adlandırdı
19:33 / 21-02-2025
Təcridxanaya nişanlısına apardığı aşın içindən telefon çıxdı - Video
19:29 / 21-02-2025
İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün müraciət etdi - Video
17:19 / 21-02-2025
İlham Əliyevə verilən qılıncın üzərində nə yazılıb? - FOTO
17:13 / 21-02-2025
“Azəriqaz” ötən gündən gücləndirilmiş iş rejiminə keçib - Video
17:10 / 21-02-2025
Temperatur daha 5 dərəcə enəcək - Növbəti xəbərdarlıq
17:03 / 21-02-2025
Emil Qarayevə ali xüsusi rütbə verildi - Sərəncam
15:35 / 21-02-2025
Hava ilə bağlı FHN-dən daha bir - Müraciət
15:31 / 21-02-2025
“Putinlə Trampın görüşü bundan asılıdır”
15:23 / 21-02-2025
Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi

Prezident İtaliyanın müdafiə nazirini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliyanın müdafiə naziri Quido Krosettonu qəbul edib.
GununNebzi.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd edib.
Dövlət başçısı İtaliya Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.
Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğunu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu deyib.
Dövlət başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Prezident İlham Əliyev bu baxımdan Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğulayıb. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən Quido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, dövlətimizin başçısının isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb.
Dövlət başçısı salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş edib.
Quido Krosetto səfərdən əvvəl, eyni zamanda, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə də görüşdüyünü bildirərək qeyd etdi ki, Ciorcia Meloni vurğulayıb ki, İtaliya müdafiə nazirinin ölkəmizə səfəri İtaliya hökumətinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu göstərir.
Nazir Quido Krosetto qeyd etdi ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərləri bu ölkədə hər zaman böyük məmnunluqla qarşılanır.
Qonaq Prezident İlham Əliyevin Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında İtaliyanın oynadığı rola verdiyi qiymətə görə minnətdarlığını ifadə etdi.
Quido Krosetto Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-01-2023, 22:32 Oxunub: 11
Bölməyə aid digər xəbərlər
1-09-2022, 19:24
“Universitetlər arasında əməkdaşlıq dostluq əlaqələrimizi möhkəmləndirəcək” - İlham Əliyev
21-10-2022, 14:47
Prezidentdən İtaliya-Azərbaycan Universiteti layihəsi haqda - Sərəncam
28-05-2020, 15:17
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi