09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü

Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü

Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli görüşüb.

GununNebzi.az
xəbər verir ki, bu barədə REAL-ın rəsmi sosial hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
Qeyd edək ki, bir neçə gün öncə 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmasa, REAL-ın dövlət qeydiyyatının ləğv ediləcəyi ilə bağlı partiya sədri İlqar Məmmədov açıqlama yayıb.

Tarix: 10-03-2023, 10:43 Oxunub: 15


Bölməyə aid digər xəbərlər