11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
“Azərbaycan heç zaman Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb”

“Azərbaycan heç zaman Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb”

“Ötən il Azərbaycan-Fransa əlaqələrinin qurulmasınınn 30 illiyi tamam oldu. Bu uzun müddət ərzində bir çox strateji sahələrdə layihələr həyata keçirmişik. Bunlar sırasında enerji və qaz, infrastruktur layihələri var. Ötən illərdə bir çox sahələrdə ümumilikdə uğurlu əməkdaşlığımız olub”.

GununNebzi.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirilən mətbuat konfransında deyib.

“44 günlük vətən müharibəsi və ondan sonrakı dövr Azərbaycan öz konstutisiyasına uyğun olaraq öz torpaqlarını azad etdikdən sonra, Azərbaycan və Fransa arasında bir sıra fikir ayrılıqları mövcud olub. Azərbaycan heç zaman Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb və münasibətlərin hər zaman inkişaf etməsindən yana olub. Münasibətlərdə fikir ayrılıqları olan zaman belə Azərbaycan heç zaman təmaslardan çəkinməyib. Biz bu cür təmaslara hər zaman açıq olmuşuq. Bu xüsusda fransalı nazirin Bakıya səfərini müsbət qiymətləndiririk”, - Azərbaycan XİN rəhbəri vurğulayıb.

Ceyhun Bayramov fransalı həmkarını sülh danışıqları ilə bağlı məlumatlandırdığını da əlavə edib: “Yaxın zamanlarda Ermənistanın danışıqlar masası arxasına qayıtması gözlənilir. Azərbaycan bu danışıqlar üçün çağırışlar edib”.

“Bu gün həmçinin Laçın yolu ətrafındakı vəziyyət də müzakirə olunub. Son 2 il yarım ərzində sözügedən yol ətrafında gedən proseslər, Ermənistan tərəfindən qanunsuz silah-sursat və hərbçilərin daşınması vurğulanıb. Ermənistan xəbərdarlıqlara baxmayaraq, imzaladıqları sənədlərə riayət etmir”, - C.Bayramov deyib.

Tarix: 27-04-2023, 14:11 Oxunub: 25


Bölməyə aid digər xəbərlər