11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Azərbaycan Kommunist Partiyası özünü buraxdı

Azərbaycan Kommunist Partiyası özünü buraxdı

1993-cü ildə Ramiz Əhmədov tərəfindən təsis edilən və 1994-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Azərbaycan Kommunist Partiyası fəaliyyətinə son verib.

Hacı Hacıyevin sədrlik etdiyi partiya özünü buraxmaq haqqında bəyanat verib.

Partiya bir neçə dəfə parçalanıb və fərqli qruplara bölünüb. 2016-cı ildə Hacı Hacıyevin rəhbərlik etdiyi qrup Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq tanınıb.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 18-ə çatıb.

Belə ki, Azərbaycan Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər./Yenisabah.az

Tarix: 5-05-2023, 12:55 Oxunub: 14


Bölməyə aid digər xəbərlər