11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Səməd Seyidov AŞPA-da erməni həmkarlarının təxribatlar törətdiyini deyib

Səməd Seyidov AŞPA-da erməni həmkarlarının təxribatlar törətdiyini deyib

Səməd Seyidov AŞPA-da erməni həmkarlarının təxribatlar törətdiyini deyib.

GununNebzi.az-
ın məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı çıxış edib.

O bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar gedir. Buna baxmayaraq, AŞPA-dakı erməni parlamentarilər gələcək haqqında düşünmək, irəliyə baxmaq yerinə keçmişdən danışırlar.

“Onlar təxribatlar törədirlər, düşmənçilik bəsləyirlər. Bir yerdə oturub gələcəyimizi düşünmək yerinə blokadadan, genosiddən, Laçın yolunun guya bağlı olmasından danışırlar. Onların dedikləri mövcud deyil və gerçəyi əks etdirmir”, - Səməd Seyidov bildirib.

O qeyd edib ki, onlar Azərbaycanı yanlış şəkildə təqdim etməyə çalışaraq beynəlxalq təşkilatlara yalvarırlar: “Bu, düzgün yol deyil, bu münasibətlə sülhə nail ola bilməyəcəklər”.

(apa)

Tarix: 19-06-2023, 21:45 Oxunub: 18


Bölməyə aid digər xəbərlər