15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Bakıda qaz xəttinə qanunsuz müdaxilə faktları aşkarlandı - VİDEO

Bakıda qaz xəttinə qanunsuz müdaxilə faktları aşkarlandı - VİDEO

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən qaz xəttinə qanunsuz bir neçə müdaxilə faktı aşkar ediblər.

GununNebzi.az xəbər verir ki, Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində vətəndaş qaz xəttinə sayğacdan kənar müdaxilə edib: “Birlik istər mətbuatla, istərsə də sosial şəbəkələr vasitəsilə abonentləri dəfələrlə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırsa da, bir çox vətəndaşlar hələ də buna əməl etmirlər.

“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində orta təzyiqli qaz xəttinə baxış keçirilərkən daha bir müdaxilə halı aşkar edilib. “Azəriqaz” İB bir daha abonentləri qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə hallarından çəkinməyə çağırır. Hansısa qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər”.

Tarix: 16-11-2021, 21:35 Oxunub: 263


Bölməyə aid digər xəbərlər