00:57 / 05-12-2024
Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı
20:42 / 04-12-2024
Bakıda məktəbdə şagirdə kəsici alətlə xəsarət yetirdiyi bildirilən yeniyetmə saxlanıldı
20:37 / 04-12-2024
Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü - YENİLƏNİB
20:34 / 04-12-2024
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:04 / 04-12-2024
Bakıya leysan yağacaq - Xəbərdarlıq
19:34 / 04-12-2024
İtlər sahibini parçalayaraq öldürdü
19:31 / 04-12-2024
Bu dərmanları satanlar 9 min manatadək cərimələnəcək
19:27 / 04-12-2024
“Abzas Media” işi məhkəmədə
19:26 / 04-12-2024
Rüfət Səfərovla bağlı həbs qərarı verildi - Yenilənib
19:25 / 04-12-2024
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
14:42 / 04-12-2024
Naxçıvanda axund intihar etdi - Foto
14:42 / 04-12-2024
Fərid Əhmədov onu rəis təyin etdi
14:36 / 04-12-2024
Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
14:35 / 04-12-2024
Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alındı
13:50 / 04-12-2024
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
13:48 / 04-12-2024
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
13:45 / 04-12-2024
“Kartdan-karta” işləyən daha 408 sahibkar cəzalandırıldı
11:27 / 04-12-2024
Nazir: Köhnədən qalan bağça modeli çox bahalıdır
11:25 / 04-12-2024
Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar
11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
11:22 / 04-12-2024
4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı
09:22 / 04-12-2024
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
09:19 / 04-12-2024
Onlar Şuşaya qayıdırlar - Foto
22:05 / 03-12-2024
Bakıda “Range Rover”dən 10 min dollara yaxın pul oğurlandı
20:46 / 03-12-2024
Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
10:33 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
00:26 / 03-12-2024
"Var-dövlət, vəzifə, hamısı boş şeydir"
00:21 / 03-12-2024
"Fənərbağça" qələbə QAZANDI
00:20 / 03-12-2024
İsrail Livanı bombalamağa başladı
COVID testlərinin nəticələrində gecikmələr nə ilə bağlıdır? - Açıqlama
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov nazirliyin sosial şəbəkələrdəki hesablarına COVID-19 testləri ilə bağlı gələn sualları cavablandırıb.
GununNebzi.az həmin müsahibəni təqdim edir:
- Ekspress testlərlə PZR-testlər arasındakı fərq nədir?
- Ekspress və ya “rapid testlər” PZR testlərdən fərqli olaraq əsasən qandan edilir. Bu zaman qanda araşdırılan virusa yoluxub-yoluxmamağı və ya nə zamansa yoluxmanın olduğunu təyin edən, qanda mövcud olan (və ya nə zamansa mövcud olmuş) anticisimlər kömək olur.
- Bəs anticisimlər nədir?
- Anticisimlər (antigenlər), orqanizmə xarici mühitdən düşmüş istənilən yan cismə qarşı (bakteriya, virus, göbələk və s.) zamanla bədəndə yaranan “tanıdıcı” hissəciklərdir. Bu hissəciklər həmin “yad cisimləri” məhv edən immun sisteminin qoruyucu reaksiyalarından sonra yaranır və uzun müddət (bəzən isə ömürlük) “yaddaş-müdafiə” hissəcikləri kimi orqanizmdə qalmaqda davam edir. COVID-19 virusuna qarşı məhz həmin anticisimlər orqanizmdə maksimum 6 aya qədər qala bilir, sonra isə immun sistemi həmin virusları unutduğundan, orqanizm müdafiəsiz qalır. Anticisimlər ən azı iki həftədən sonra qanda aşkar edildiyindən, COVID-19 virusu tez aşkar etmək üçün bu optimal üsul hesab edilmir.
PZR isə eskpress testlərdən fərqli olaraq istənilən bioloji materialdan həyata keçirilə bilər. Bu zaman PZR test virusun genetik materialını tanıyır və ona görə də ən tez yoluxma zamanında belə ona qarşı həssaslıq göstərir. Bunun üçün virusun az miqdarı belə kifayət edir. PZR reaksiyası nəticəsində virusun genetik materialı dəfələrlə polimeraz reaksiyası sayəsində çoxalır və test onu asanlıqla görə bilir. Buna görə də PZR testi ən həssas metod hesab edilir.
- Son zamanlar COVID testlərinin nəticələrində gecikmələr müşahidə olunur. Bilmək istərdik ki, testlərin cavabı niyə gecikir?
- Müraciət edən hər bir şəxsin nümunəsi PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçir. İlk öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir. Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir.
- Koronavirusun “Omicron” və ya digər ştamları necə müəyyən olunur?
- İstənilən bir virusun PZR üsulu ilə təyini mümkün olunana qədər, virusun genetik identifikasiyası, yəni təyini (DNT və ya RNT materialı hansı ardıcıllığa malik olması) həyata keçirilir. Onların identifikasiyalarını hal-hazırda müasir aparatlar (sekvenatorlar) həyata keçirir. Həmin identifikasiya mərhələsinə sekvenasiya deyilir. Məhz sekvenasiya mərhələsindən sonra biz virusun hansı aminturşu ardıcıllığından ibarət olduğu müəyyən edilir. Eyni zamanda, onun əsas “daşıyıcı” hissəsini PZR reaksiyalarında “təyinedici praymerlər” kimi istifadə edirik.
Bildiyiniz kimi, dünyada koronavirusun yayılması artmaqdadır ki , bu da virus mutasiyaları ilə bağlıdır. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Koronavirus infeksiyasının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu, elmi araşdırmalarla sübut olunmuş faktdır. Ona görə də vətəndaşları sürətlə yayılan yeni ştamnan qorunmaq məqsədilə ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndlənməyi tövsiyə edirəm.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-02-2022, 12:01 Oxunub: 129
Bölməyə aid digər xəbərlər
13-12-2020, 13:59
TƏBİB məlumat yaydı
1-07-2020, 13:25
Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA
7-05-2020, 10:47
İtaliyada COVID-19-u məhv edən vaksin hazırlanıb
26-11-2021, 12:29
Koronavirus ölümlərinin üçdə biri ürəklə bağlıdır - Səhiyyə Nazirliyi