23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
TƏBİB-in tibb müəssisələrində 4.8 milyon nəfərə xidmət göstərilib

TƏBİB-in tibb müəssisələrində 4.8 milyon nəfərə xidmət göstərilib

“2023-cü ilin yanvar-noyabr aylarında tabeli tibb müəssisələrində 4.8 milyon vətəndaşa xidmət göstərilib”.

GununNebzi.az
xəbər verir ki, bu barədə TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 4.4 milyon olub: “2023-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə ümumi müraciətlərin sayı isə 20.3 milyon təşkil edib. 2022-ci ildə bu rəqəm 16.3 milyon olub. Bu müddətdə vətəndaşlara 63.9 milyon (55.3 milyon ambulator, 8.6 milyon stasionar xidmətlər olmaqla), 2022-ci il üzrə isə 40.2 milyon (33.9 milyon ambulator, 6.3 milyon stasionar xidmətlər olmaqla) xidmət göstərilib”.

V.Qurbanov 2023-cü ilin yanvar-noyabr ayları ərzində göstərilən laborator xidmətlərin sayının 23.4 milyon (19.6 milyon ambulator, 3.8 milyon stasionar olmaqla) olduğunu deyib. 2022-ci ilin eyni dövrü ərzində isə bu rəqəm 10.7 milyon (8.2 milyon ambulator, 2.5 milyon stasionar olmaqla) təşkil edib: “2023-cü ilin yanvar-noyabr ayları ərzində icra olunan əməliyyatların sayı 338 min, 2022-ci ilin yanvar-noyabr aylarında isə 296 min olub”.

İcraçı direktor 2023-cü ildə göstərilən tibbi xidmətlərin 59 %-nin regionların payına düşdüyünü vurğulayıb.

Tarix: 20-12-2023, 12:43 Oxunub: 3


Bölməyə aid digər xəbərlər