44 yaşlı rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya 31 yaşlı azərbaycanlı sahibkar Ruslan Həsənovdan ayrılıb.
GununNebzi.az xəbər verir ki, Bonya bu haqda instaqramda bildirib:
“Biz daha birlikdə deyilik. Biz Ruslan Həsənovla bir-birimizə böyük hörmətlə yanaşırıq və bizim ayrılığımız mübahisələrlə, satqınlıqla və ya digər səbəblərlə əlaqəli deyil.
Biz son bir neçə ili bir-birimizə sadiq qalaraq keçirdik. Əminəm ki, bu, uzun və gözəl həyatda taleyin bizi tanış etdiyinə görə həmişə şad olacağıq.
Biz bir-birimizdən çox şey öyrəndik. Lakin həyatın indiki məqamında görürəm ki, bu yolun davamını ayrı-ayrı getmək daha yaxşıdır.
Ümumiyyətlə, insanların bir-birinə rast gəlməsi və sevərək tərk etməsi elə gözəldir ki! Bu, münasibətlərin incəsənətidir – insanlar hətta birlikdə olmadıqda da bir-birini qoruyub saxlaya bilir!”
Xatırladaq ki, daha əvvəl R. Həsənov toy haqda açıqlama verərək onu Azərbaycan ənənələri ilə etmək istədiyini bildirmişdi.
Bölməyə aid digər xəbərlər