11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
“Zaur”um olsa, öpüşərəm onunla, yatağa girərəm”

“Zaur”um olsa, öpüşərəm onunla, yatağa girərəm”
Aparıcı Tarix Əliyev son vaxtlar Təhminə obrazına çəkilmək istədiyini deyən aktrisalardan danışıb.

GununNebzi.az
olay-a istinadla xəbər verir ki, o, ad çəkmədən Xalq artisti Naibə Allahverdiyevanın ünvanına sərt sözlər söyləyib.

Əliyev "Tarixin bir günü" verilişində deyib: "Son zamanlar bütün aktrisalar öpüşmək sevdasına çıxıb. Bir Xalq artistimiz var, deyir: "Mən o vaxt Təhminə obrazıyla "Tələsmə, Zaur" demək istəyirdim". Dəb halı aldı. Bu gün kim çıxır ortalığa, deyir, mən o obrazı istəyirəm.

Mehriban Xanlarova yazıq o vaxt bir dəfə dedi ki, mən oynamalıydım. İndi aktrisamız var, Xalq artistidir, "Xəbərin var?"da danışıb. Deyir: "Mən indi də oyanayaram". Yəni bu yaşda da yataq rolunu oynamaq istəyirlər.

Bu gün nəyi göstəririk? Yəni nənə obrazında qadınlar belə obraza çəkilsin? Başa düşmürəm. 60 yaşında olan qadın deyir, indi də oynayaram. Yəni indi də "Zaur"um olsa, öpüşərəm onunla, yatağa girərəm.

Bu gün nənəni hansı obrazda görmək istəyirik? Nəsibə Zeynalova kimi, yoxsa nənə desin: "Zaur, tələsmə"? Mənim elə nənəm olsa, aparıb qocalar evinə qoyaram".


Tarix: 5-04-2024, 10:27 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
7-02-2023, 18:25 Zaurun adından dələduzluq