11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Müğənni Afət Fərmanqızı həyat yoldaşından BOŞANIR

Müğənni Afət Fərmanqızı həyat yoldaşından BOŞANIR
Müğənni Afət Fərmanqızı həyat yoldaşından boşanır.

Bu barədə sənətçi "Instagram" hesabında məlumat verib.

O bildirib ki, boşanmağa səbəb oğlunun atasının şəklinin canlı yayımda göstərilməsi olub:

"Bir neçə ay əvvəl televiziya proqramlarından birinə qonaq idim. Efirdən çıxanda yoldaşım mənə zəng etdi və dedi ki, "bunu sən düzüb qoşmusan". O adam belə şeyləri qəbul etmir. Bu söz mənə çox pis təsir etdi. Mənə qarşı haqsızlıqdır".

Qeyd edək ki, bu, Afət Fərmanqızının ikinci evliliyidir. O, Rusiyada yaşayan azərbaycanlı Mamed Nanacanovla ailəlidir. İlk evliliyindən isə bir oğlu var.


Tarix: 16-08-2024, 07:45 Oxunub: 1


Bölməyə aid digər xəbərlər