Azərbaycanda məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, hava şəraiti dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib:

"Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı rəsmi qərar verilməyib".

Tarix: 9-01-2023, 16:35 Oxunub: 20


Bölməyə aid digər xəbərlər