11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
“COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər görülür”

“COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər görülür”
“Bu il Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər görülür. Böyük iqtisadiyyatı olan ölkələrin bu prosesə qoşulması vacibdir. Ətraf mühitlə bağlı savadlılıq davranışlara da təsir edir. İqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın artırılması vacibdir”.

GununNebzi.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

O, bildirib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb. Biz bu imkandan faydalanmalıyıq. Dünya ilə ünsiyyətdə düzgün məsələlərə fokuslanmaq lazımdır. Elə mövzulara diqqət etməliyik ki, o məsələlər Azərbaycan təhsilinə müsbət istiqamətdə öz təsirini göstərsin.

Nazir qeyd edib ki, bərpa olunan enerji kimi mövzuları daha yaxşı təqdim etmək üçün fundamental elmlərə düzgün yanaşma zəruridir.

E.Əmrullayev bildirib ki, növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik.

“Gündəmə yeni nəsə çıxanda dərhal buna uyğun ixtisasın yaradılması düşünülür. Hesab edirlər ki, təhsil sisteminə yeni ixtisasın əlavə edilməsi ilə problemlər həllini tapacaq. Təbii ki, yeni ixtisaslara hər zaman ehtiyac var. Xüsusilə də tətbiqi sahədə yeni ixtisaslar açılmalıdır. Lakin anlamalıyıq ki, “yaşıl iqtisadiyyat” və ya bərpa olunan enerji, eləcə də bu kimi mövzuları daha yaxşı təqdim etmək üçün sadəcə fundamental elmlərə düzgün yanaşma lazımdır”, - nazir qeyd edib.


Tarix: 27-05-2024, 13:16 Oxunub: 0


Bölməyə aid digər xəbərlər