11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Portala yanlış məlumat daxil etdi, 4 min manat cərimələndi

Portala yanlış məlumat daxil etdi, 4 min manat cərimələndi

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı "icaze.e-gov.az" portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Tarix: 17-10-2021, 21:11 Oxunub: 233


Bölməyə aid digər xəbərlər