09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
İki qurum bu video ilə bağlı rəsmi açıqlama yaydı

İki qurum bu video ilə bağlı rəsmi açıqlama yaydı

Sosial şəbəkələrdə Nərimanov rayonu ərazisindəki yolun bir hissəsində qazıntı işləri, digər hissəsində isə yol çəkilişi aparılması ilə bağlı video yayılıb. Görüntüləri çəkən şəxs bildirib ki, "Azərsu" həmin yerdə qazıntı işləri aparır, qarşı tərəfdən isə "Azəravtoyol" bunu görə-görə yolu təmir edir.

GununNebzi.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” ASC Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində aparılan işlərlə əlaqədar sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

Birgə məlumatda qeyd edilib ki, təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır: "Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.

Bundan başqa İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq".

Görüntülərdəki ittihamlar rəsmi açıqlamada təkzib edilib: "Sözügedən küçədə aparılan işlərlə bağlı bir vətəndaş tərəfindən həqiqətə uyğun olmayan video çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki sözügüdən küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılmır".

Adıçəkilən rəsmi qurumlar yayılan videonu qərəzli surətdə təhrif olunmuş məlumat adlandırıblar.
İki qurum bu video ilə bağlı rəsmi açıqlama yaydı

Tarix: 27-01-2022, 15:57 Oxunub: 140


Bölməyə aid digər xəbərlər